Qruplar:
A qrupu: 2-ci gün 19:00, 6-cı gün 13:00 |
B qrupu: 3-cü gün 19:00, 6-cı gün 14:30 |
C qrupu: 4-cü gün 19:00, 6-cı gün 16:00 |
Dərslərə qeydiyyat: https://forms.gle/3629KrcSDhBuSZZb9
Müəllim haqqında:
Kamran Əsgərov - informatika, robotexnika və proqramlaşdırma dərslərinin tədrisi üzrə 7 illik iş təcrübəsi var. Müxtəlif Beynəlxalq olimpiadalar üzrə ABŞ, Estoniya, Tayland Krallığı, Rumıniya, Türkiyə və Azərbaycan kimi ölkələrdə 200-dən artıq şagirdi ilə iştirak etmiş və ölkəmizi layiqincə təmsil etmişdir. Müəllim haqqında ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.
Dərslərimiz haqqında:
Həftədə 2 dəfə (90 dəqiqə olmaqla) informatika dərsləri təşkil edilir. Əgər şagird qrupla ayaqlaşmaqda çətinlik çəkirsə, dərsdən sonra əlavəyə saxlanılır. Onlarla asisstent müəllim məşğul olaraq həmin mövzular üzrə test vərdişləri təkmilləşdirilir. Ümumilikdə 16 əsas mövzu var və sentyabr ayından başlayaraq aprelə qədər mövzuları yekunlaşdırırıq. Mövzular bunlardır:
- İnformasiya və informasiya prosesləri
- Say sistemləri
- İnformasiyanin kodlaşıdırlması və miqdarinin ölçülməsi
- Modelləşdirmə
- Kompüterin aparat təminatı
- Kompüterin proqram təminatı
- Əməliyyat sistemi
- Mətnlərin emalı (MS Word)
- Elektron cədvəllər (MS Excel)
- Verilənlər bazası (MS Access)
- Alqoritm
- Proqramlaşdırma
- Kompüter şəbəkələri
- İnternet
- Veb - proqramlaşdırma
- İnformasiya təhlükəsizliyi
May ayından etibarən təkrarlar, testlər və çətinliyi artırılmış məsələlə rüzərindən mövzuların mənimsənilməsini təmin edirik. İyun ayının sonunda 10-cu siniflər tətilə göndərilsə də, 11-ci siniflər imtahan tarixinədək dərslərdə iştirak edir.
Valideyn məlumatlandırılması:
Hər ayın sonu valideynlərə övladları ilə bağlı hesabat təqdim edilir. Bu hesabatda, şagirdə keçilən mövzular, onun mənimsəməsi, imtahan nəticələri, dərsə davamiyyəti, gecikmələr, ev tapşırıqlarının vəziyyəti və psixoloji vəziyyəti haqqında məlumat verilir. Əgər şagirdin akademik və sosial vəziyyəti ilə əlaqədar çox ciddi məsələ varsa, valideynlə dərhal əlaqə saxlanılır. Burada əsas məqsəd, valideynin övladı ilə bağlı ətraflı məlumatlandırılması, problemləri dərhal görmək və ona vaxtında müdaxilə etməkdir.
Şagird nailiyyətinin ölçülməsi və qiymətləndirilməsi:
Şagirdlərə tədris edilən mövzuların mənimsənilməsinin yoxlanılması ilə əlaqədar vaxtaşırı sınaqlar və imtahanlar təşkil edilir. İmtahandan sonra sualları tək-tək analiz edərək, həllində çətinlik çəkilən suallar izah edilir. Valideynə verilən hesabatda imtahan nəticələri mütləq şəkildə qeyd edilir. Həmçinin imtahandan sonra, nəticələrin mövzular üzrə analizi aparılaraq, şagirdlərin çətinlik çəkdiyi mövzular təyin edilir. Buna uyğun əlavə dərslər təşkil edilir və həmin şagirdlər əlavələrə cəlb edilir.
Ünvan: Bakıxanov qəsəbəsi, Park Plyus əyləncə mərkəzi, 2-ci mərtəbə (İstənilən naviqasiya tətbiqində “ripschool.az” yazaraq ünvanımızı tapa bilərsiniz.)