C++ və C# dərsləri üzrə həftədə 2 dəfə olmaqla dərs proqramını təqdim edirik:
Bu proqramın əsas məqsədi şagirdlərə proqramlaşdırmanın əsaslarını öyrətmək və C++/C# dillərində əsas bacarıqları inkişaf etdirməkdir.
-Dərs Saatları: Həftədə 2 dərs, hər biri 1 saat olmaqla
-Ümumi Müddət: 8 ay (32 həftə)
1-ci Ay: Proqramlaşdırmaya Giriş
- Həftə 1-2: Proqramlaşdırmanın əsasları, alqoritm anlayışı, kompüterin proqram təminatı, aparat təminatı
- Həftə 3-4: C++ dilinə giriş, ilk proqramın yazılması
2-ci Ay: Əsas Strukturlar
- Həftə 5-6: Dəyişənlər, tiplər, operatorlar
- Həftə 7-8: Giriş və çıxış əməliyyatları, şərt konstruksiyaları (if-else)
3-cü Ay: Dövrlər və Funksiyalar
- Həftə 9-10: Dövrlər (for, while, do-while)
- Həftə 11-12: Funksiyalar, funksiyaların yaradılması və istifadə olunması
4-cü Ay: Array-lar
- Həftə 13-14: Array-lar, bir ölçülü və çox ölçülü array-lar
- Həftə 15-16: Masivvlərlə iş
5-ci Ay: Obyektyönümlü Proqramlaşdırma (C++)
- Həftə 17-18: Siniflər və obyektlər
- Həftə 19-20: Kapsulyasiya, varislik(inheritance), polimorfizm, abstraksiya
6-cı Ay: C#-a Giriş
- Həftə 21-22: C# dilinin əsasları, Visual Studio ilə iş
- Həftə 23-24: Dəyişənlər, tiplər, operatorlar, giriş-çıxış əməliyyatları
7-ci Ay: C#-da Əsas Funksionallıqlar
- Həftə 25-26: Dövrlər və şərtlər (if-else, switch)
- Həftə 27-28: Funksiyalar və metodlar
8-ci Ay: Verilənlər bazası və onunla iş (C#)
- Həftə 29-30: SQL, SQL-server interfeysi, sorğuların yazılması
- Həftə 31-32: Tətbiqlə verilənlər bazasının əlaqələndirilməsi
Qaydalar:
- Şagirdlərin hər birinin şəxsi kompüteri olmalıdır və dərsə gətirməlidirlər.
- Qeydlər aparmaq üçün dəftərləri olmalıdır.
- Dərslərə gecikməməli, davamiyyəti maksimum olmalıdır. Dərsdə iştirak edilmədikdə, həmin dərs keçilmiş sayılır.
- Ev tapşırıqlarına mütləq diqqət və nəzarət edilməlidir.
- Aylıq valideynə övladının dərsləri haqqında hesabat məktubu yazacağıq.
- İstədiyiniz zaman (xəbər etmədən belə) gəlib dərslərimdə valideyn kimi iştirak edə bilərsiniz. Həmçinin irad və təkliflərinizi tam səmimi şəkildə bildirə bilərsiniz.