“Overclock” nədir?
Prosessorun öz tezliyindən daha yüksək tezlikdə istifadə olunaraq əlavə performans təmin etməsinə "Overclock" hadisəsi deyə bilərik. Gəlin əlavə maliyyə tələb etmədən sisteminizin sürətini artıra bilən bu prosess haqqında daha geniş danışaq.
Overclocking, kompüterdən tam performans əldə etmək üçün etdiyimiz bir prosesdir. Bu proseslə siz kompüterinizin hissələrinin ömrünü uzada bilərsiniz.
Əgər kompüterinizin standart zavod parametrlərindən daha yüksək olmasını istəyirsinizsə, kompüterinizi “overclock” etməlisiniz. Ancaq bütün bunları tətbiq edərkən bəzi məqamları və kompüterinizi yaxşı tanımalısınız.
Overclock komputürin hansı hissələrinə tətbiq oluna bilər?
Prosessor (CPU):
Overclock edə biləcəyiniz ən vacib komponent prosessorunuzdur. Bununla belə, bunun üçün prosessorunuzun istehsalçısı sizə bunun üçün icazə verməlidir. Misal üçün, Intel-in K seriyalı və X seriyalı prosessorlarının “overclock”-u çox məhdudlaşdırılmışdır. Lakin, AMD seriyasında “overclock” etmək mümkündür. Ancaq bir daha qeyd etməliyik ki, bunun üçün kompüterinizin prosessorunu yaxşı bilməli və araşdırmalısınız. Prosessorlar overclock edə biləcəyiniz ən mürəkkəb komponentdir.
Ekran kartı:
Ekran kartları “overclock” edə biləcəyiniz asan komponentlər arasındadır. Bununla belə, overclock prosesini ekran kartınıza tətbiq etməzdən əvvəl bu prosesin sizə nə qədər qazanc verəcəyini araşdırmalısınız. Video kartınızı “overclock” etmək istəyirsinizsə, lazımi analiz üçün MSI Afterburner kimi hər hansısa proqramdan istifadə etməlisiniz.
RAM:
Overclock prosesi yeni RAM-lara daha müsbət təsir göstərir. Bununla belə, qeyd etmək lazımdır ki, RAM-in tezliyi həddindən çox artırsanız, onun performansını aşağı sala bilərsiniz.
Ekran:
Çox adamın bilmədiyi bir proses olan monitoru overclock etmək sizə müsbət nəticələr verə biləcək bir prosesdir. Video kartınızın drayverinin interfeysini endirməklə ekranın overclock prosesinı başlaya bilərsiniz. Ancaq diqqətlə edilmədikdə, "piksel itirmə problemi" ilə qarşılaşa bilərsiniz.
Overclock zərərlidirmi?
“Overclock”un bəzi üstünlükləri və mənfi cəhətləri var. “Overclock”, təcrübəsiz şəkildə edildiyi təqdirdə, kompüterinizdə bir sıra problemlər yarada bilər və bu sizin üçün maliyyə itkilərinə səbəb olar. Şüurlu və diqqətli şəkildə edildiyi halda isə, kompüterinizə heç vaxt zərər verməyəcək bir prosedurdur. Yuxarıda qeyd olunan təhlükələri nəzərə alaraq mütləq təcrübəli biri tərəfindən kompüterinizi overclock etməyi məsləhət görürük.